Dünya

Erməni məclis numayəndəsi Paşinyana çəkiclə öldürüləcəyi barədə xəbərdarlıq edib

Armen Rustamyan “Məhkəmə sistemi, ibtidai istintaq orqanları, Dadistan, polis, hökumət dayrələri tərəfindən alınmış vəzifənin yerinə yetirilməsini təmin etməyə çağırılır. Bu, gerçəkdə hökumətin dövlətlə eyniləşdirilməsinə nail olmaq vəzifəsini açıq şəkildə qoyanda görünməmiş həyasızlığın görkəmidir”.

Ermənistan mətbuatı yazır ki, bu sözləri parlmanda “Ermənistan” fraksiyasının nümayəndəsi Armen Rüstəmyan bildirib.

O, ölkə hakimiyyətinin Ermənistanın hüquq sistemini özünə tabe etmək cəhdlərini ittiham edib.

Armen Rüstəmyan qeyd edib ki, tarix dəfələrlə dövlətlə şəxsiyyətin eyniləşdirmələrinin nə ilə başa çatdığını təsdiqləyib.

“İstənilən hərəkət tərsə təsirə səbəb olur, qılınc götürən qılıncla öləcək. Buna görə, daha insanların başı üstündə öz çəkicinizi silkələməyin, çünki çəkic götürən çəkicdən başı əziləcək”, – Armen Rustamyan deyib.

Qeyd edək ki, Ermənistanın baş vəziri Nikol Paşinyan növbədənkənar parlman seçkiləri kəmpeyni çağında seçicilərlə görüşlərdən birində əlinə çəkic götürməklə rəqiblərinin qəzəbli reaksiyası ilə qarşılaşmışdır.

Related Articles

Bir cavab yazın

Back to top button