Azərbaycan

Düşmənin Gəncəyə raket hücumu: ölənlərin sayı 13-ə çatdı

Ermənistanın bu gecə Gəncəyə, yaşayış binalarına atdığı ballistik raketlərin törətdiyi dağıntılar nəticəsində ölənlərin sayı artıb. Az əvvəl xilasedicilər dağıntılar altından daha bir uşağın meyitini çıxarıblar. Bununla da düşmənin barbar hücumu nəticəsində ölənlərin sayı 13-ə çatıb, yaralıların sayı 40-dan çoxdur.

Raketin düşdüyü yerdə bir-birinə yaxın yaşayış evləri yerləşirdi və partlayış nəticəsində 500 metrdən çox radiusda bütün tikililər dağılıb.

Xəbər verildiyi kimi, bu raket hücumu yenə Ermənistan ərazisindən həyata keçirilib, düşmən növbəti dəfə hərbi cinayət törədərək Azərbaycanın döyüş əməliyyatları zonasından 100 kilometrdən çox aralı yerləşən dinc yaşayış məntəqəsinə böyük dağıdıcı gücə malik “Elbrus” (“Skad”) raketləri ilə hücum edib. Bu hücum tələfatın mümkün qədər çox olması üçün xaincəsinə gecə saatlarında həyata keçirilib.

Hələ də dağıntılar altında qalanların olduğu istisna edilmir. Fövqəladə Hallar Nazirliyi xilasetmə işlərini davam etdirir.

Bu, Ermənistanın Gəncəyə “Skad” raketləri ilə ikinci hücumudur və bundan əvvəl atılan düşmən raketinin çoxmənzilli yaşayış binalarına düşməsi nəticəsində 10 nəfər dinc sakin həlak olub, onlarla adam yaralanıb. Azərbaycan ordusu həmin hücuma cavab olaraq düşmənin Hadrut istiqamətində yerləşən hərbi hissəsinə güclü aviazərbə endirmişdi.

Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close