Dünya

Elliott Abrams: “İranın Venesuelaya göndərəcəyi raketləri məhv edəcəyik”

Amerika İranın Venesueladakı Maduro rejiminə göndərməsi ehtimal olunan uzaqhədəfli raketlərin məhv ediləcəyi barədə xəbərdarlıq edib. Belə ki, Amerikanın İran və Venesuela üzrə xüsusi elçisi Elliott Abrams məsələ ilə bağlı “Fox News”a müsahibə verib. O, həmin raketlərin göndərilməsinə qarşı çıxacaqlarını açıqlayıb.
“Biz uzaqhədəfli raketlərin göndərilməsini dayandırmaq üçün əlimizdən gələni edəcəyik və bu raketlər Venesuela ərazisinə keçirsə, onları oradaca məhv edəcəyik”, – deyə Elliott Abrams bildirib.
“Fox News” bildirir ki, Amerika məqamları bu cür yüklərin yaxın vaxtlarda çatdırılması barədə hər hansı bir bilgi verməyiblər. Onlar yalnız İran və Venesuelanın silah razılaşması imzalaya biləcəyinə işarə ediblər.
Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının Əmniyət Şurasının 2231 saylı qətnaməsinə əsasən, İranın silah almaq və ya satmaq haqqı yoxdur. Amerika son aylarda İrana qarşı silah təhrimini uzatmağa çalışsa da, Əmniyət Şurası üzvlərinin razılığını cəlb edə bilməyib. Bildirək ki, təhrimin müddəti ötən həftə başa çatıb.

Related Articles

Bir cavab yazın

Back to top button