İqtisadiyyat

ENERJİ DİPLOMASİSİ KİTABI TÜRKİYƏDƏ ÇAP OLUNUB

Doktor Ümid Şükri Amerikanın Xəzər Hövzəsində Enerji Diplomasisi kitabının yazarıdır. Türkiyənin Astana İntişaratı tərəfindən İstanbul türkcəsində yayımlanıb.
Bu kitab 6 fəsildən ibarətdir. Corc Buşun və Barak Obamanın prezidentlikləri dövründə Amerikanın Xəzər Dənizi və Orta Asiyada enerji diplomasisi və xarici siyasəti mövzusunu araşdırır.
Kitabın I fəsili mövzuya giriş, II fəsili nəzər əsasları, III fəsili xarici siyasət və enerji diplomasisi üzrə olan ədəbiyyatın araşdırılması, IV fəsili Orta Asiyada böyük oyunlar, V fəsili Corc Buşun prezidentliyi dövründə Amerikanın enerji diplomasisi, VI fəsili Obamanın prezidentliyi dövründə Amerikanın enerji diplomasisi, sonuncu fəsili isə kitabın alınmış nəticələrindən ibarətdir.
Doktor Şükri peşəkar olaraq 15 ildən çoxdur ki, enerji siyasəti və əmniyyəti zəminəsində təhqiq və araşdırmalar etməkdədir. Dünya enerjisinin əmniyyəti, eləcə də İran ilə Türkiyənin rabitələri və həmçinin İran ilə Rusiyanın rabitələri barədə təhlillər edib. 2013-cü ildə onun “İran ilə Türkiyə Rabitələri üzrə Enerjinin Nəqşi” başlıqlı kitabı Almanda çap olunub.
Vurğulayaq ki, Amerikanın Xəzər Hövzəsində Enerji Diplomasisi kitabı türk dilində enerji diplomasisi barədə Türkiyədə çap olunmuş ilk kitablardan biridir.

Related Articles

Bir cavab yazın

Back to top button