Dünya

Ermənistanda kütləvi rüşvət faktlari aşkarlanib, həbs olunan var

Ermənistanın Gümrü bölgəsində rüşvətlə və lazimi imtahanlardan keçmədən alınmış sürücülük vəsiqələri etibarsız sayılıb.

Ermənistan mətbuatında, bu barədə Baş Dadistanlığın məlumatında istinadən deyilir.

Qeyd olunur ki, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin İstintaq İdarəsi və Xüsusi İstintaq Xidməti aydınlaşan faktlarla bağlı keyfəri pərvəndə açıb. Bəlli olub ki, qeydiyyat-imtahan şöbəsinin müfəttişi yaxın tanışı, Gümrü sakini ilə razılaşaraq 6 nəfərə imtahan vermədən rüşvət müqabilində sürücülük vəsiqəsi verib.

Müfəttişə vəzifə səlahiyyətlərindən sui-istifadə, cə`l və rüşvət alma maddələri ilə ittihamlar irəli sürülüb və o, həbs olunub.

Habelə qullabi sürücülük vəsiqələri almış 7 nəfərə və müfəttişin tanışına da ittiham elan olunub, onlar məhkəmədə təqsirli olduqlarını etiraf ediblər. Həmin şəxslər müxtəlif məbləğlərdə cərimələr edilib.

Related Articles

Bir cavab yazın

Back to top button