Bölgə

Ermənistanda müxalifət erkən seçkilərin əleyhinə çıxdı

Erməni müxalifəti, baş nazir Nikol Paşinyanın bir gün əvvəl erkən seçkilərin keçirilməsi ilə balı etdiyi təklifi qəbuledilməz sayır.

Bunu “Sputnik-Armeniya” telegram kanalında yazıb.

Erməni müxalifətinin liderlərindən biri, “Daşnaksütyun” partiyasının təmsilçisi İşxan Saqatelyan bu variantın qəbul edilə bilməyəcəyini söyləyib.

“Bir yol var – xain vəzifəsindən getməlidir, bundan sonra erməni xalqına azad, ədalətli, şəffaf seçki keçirmək imkanı veriləcək”, –  deyə o, Facebook-da yazıb.

Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan dünən 2021-ci ildə növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı ölkənin siyasi qüvvələri ilə məsləhətləşmələr aparacağını elan etmişdi: “Mən parlamentdəki və parlamentdən kənardakı maraqlı  qüvvələri 2021-ci ildə erkən parlament seçkilərinin keçirilməsi ilə bağlı məsləhətləşmələrə dəvət edirəm”.

Related Articles

Bir cavab yazın

Back to top button