Dünyaİran

İsrail İranın atom proqramı və bölgəsəl fəaliyyəti ilə bağlı Amerikaya strateji önərəcək

İsrailin Baş vəziri Naftali Bennet 2 gün sonra Amerika prezidenti Co Bayden ilə görüşündə ona İranın atom proqramı və bölgəsəl fəaliyyəti ilə bağlı atom razılaşmasına qayıtmağı nəzərdə tutmayan strateji təqdim edəcək.

Bu haqda mətbuata adının açıqlanmasını istəməyən israilli diplomat bilgi verib.

Onun sözlərinə görə, Bennet və Bayden əsasən İran məsələsini müzakirə edəcəklər.

“Biz səfərə proqram hazırlamağa başlayanda Amerikanın atom razılaşmasına yenidən qayıtması qəti görünürdü. O vaxtdan çox şeylər, eləcə də İran prezidenti dəyişib və heç nə öncəki kimi qəti deyil. Amerikanın atom razılaşmasına geri dönməsi mümkün olmaya bilər”, – deyə diplomat artırıb.

Bundan başqa, Bennet Baydenlə atom razılaşması çərçivəsində İranın atom fəaliyyətlərinə nəzarət etməyin mümkün olmayacağı və bu anlaşmağa qayıtmağın mənasız olacağı barədə müzakirələr aparacaq.

Related Articles

Bir cavab yazın

Back to top button