Bölgə

Ermənistan ikinci Qarabağ müharibəsindəki insan itkilərinin sayını açıqlayıb

Ermənistan hökuməti ikinci Qarabağ müharibəsindəki insan itkilərinin sayını açıqlayıb.

Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.

O, qeyd edib ki, Ermənistan ikinci Qarabağ müharibəsi zamanı 3 812 nəfər itki verib, daha 217 nəfər itkin düşmüş hesab olunur.

Ermənistan müxalifəti ölkənin müharibə itkilərinin 5-7 min nəfər olduğunu iddia edir. Ölkə parlamentində deputatların suallarını cavablandıran Baş nazir müxalifəti müharibədə həlak olanların sayını şişirtməməyə çağırıb. Nikol Paşinyan qeyd edib ki, əgər müxalifətin sübutu varsa, sübut təqdim etsin.

Xatırladaq ki, daha əvvəl Ermənistanın İstintaq Komitəsi ikinci Qarabağ müharibəsi zamanı ölən və itkin düşən hərbçilərinin sayı ilə bağlı yenilənmiş məlumatlarında işğalçı ölkənin ikinci Qarabağ müharibəsindəki insan itkisinin sayı 3 809 nəfər kimi qeyd olunub.

Qeyd edək ki, Ermənistan Azərbaycan ərazilərində müharibə vaxtı itkin düşmüş hərbçilərinin axtarışlarını davam etdirir. Azərbaycanın işğaldan azad olunmuş ərazilərində qalıqları tapılan itkin düşmüş erməni hərbçilərin sayı 1 700 nəfəri ötüb.

Related Articles

Bir cavab yazın

Back to top button