AzərbaycanDünya

“Ermənistan rəhbərliyi azərbaycanlılara qarşı nifrət bəsləməkdən imtina etməlidir”

"Ermənistan rəhbərliyi azərbaycanlılara qarşı nifrət bəsləməkdən imtina etməli və reallıqları öz ictimaiyyətinə çatdırmalıdır”.

Bunu Baş prokurorun müavini Elmar Camalov Bakıda keçirilən “Azərbaycanlılara qarşı nifrət cinayətləri və nifrət nitqinə dair hesabat”ın təqdimatında deyib.

O xatırladıb ki, qərbi azərbaycanlılara qarşı aparılmış soyqırımı və digər cinayət hadisələri ilə bağlı bir neçə maddə üzrə cinayət işi başlanılıb: “I Qarabağ müharibəsi zamanında da azərbaycanlıların didərgin salınması, əsir və girovlara qarşı işgəncələr verilməsi,

digər hadisələrlə əlaqədar cinayət işlərinin istintaqları aparılmaqdadır.

Eyni zamanda 44 günlük müharibə və postmüharibə zamanı qeydə alınan cinayət faktları üzrə də istintaq aparılır.

Mülki əhalinin qəsdən öldürülməsi, minaların partladılması nəticəsində mülki şəxslərin həlak olması və ağır xəsarətlər alması, işğal altında olan ərazilərdə ermənilərin qanunsuz şəkildə məskunlaşdırlması kimi cinayət faktlarının hazırda istintaqı davam etdirilir”.

Related Articles

Bir cavab yazın

Back to top button