Azərbaycan

Öldürülən yeniyetmənin dəfn mərasimində gələnlər həbs edilib

Məcburi hicab qaydalarına əməl etmədiyinə görə əxlaq polisi tərəfindən döyülərək komaya düşən və 28 gündən sonra oktyabrın 28-də həyatını 16 yaşlı Armita Gəravəndin dəfn mərasimində iştirak edənlər həbs edilib.

Bu barədə yerli sosial media fəalları və insan haqları müdafiəçiləri məlumat yayıblar.

Tutulanlar arasında hazırda məzuniyyətdə olan siyasi məhbus Nəsrin Sütudə və SEPAH üzvləri tərəfindən öldürülən Səhənd Sadiqinin anası Mənzər Zərrabi də var.

Armita Gəravəndin yas mərasiminin keçirildiyi Cabiri məscidi və Piruzi küçəsi hökumət məmurları tərəfindən mühasirəyə alınıb, mərasimin tez və səssiz keçirilməsi istənilib.

Hüquq müdafiəçiləri saxlanılanların onlar nəfər olduğunu, hələlik hamısının kimliyini dəqiqləşdirə bilmədikıərini bildiriblər.

Qeyd edək ki, Armita Gəravənd oktyabrın əvvəlində Tehranda metroda Əxlaq polisi tərəfindən döyülüb və 28 gün komada qalıb.

Related Articles

Bir cavab yazın

Back to top button