Dünya

“Ermənistan yalan məlumat yayır”

Azərbaycanın Müdafiə Nazirliyi Ermənistan tərəfinin ordumuzun düşmənin mövqelərini atəşə tutması barədə yaydığı xəbəri təkzib edib.

Məlumatda bildirilir ki, iyunun 9-u saat 22:50-də Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Qaraiman yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərinin müxtəlif çaplı atıcı silahlardan və minaatanlardan atəşə tutulması barədə bu ölkənin Müdafiə Nazirliyinin yaydığı məlumat tamamilə yalandır, həqiqətə uyğun deyil.

“Qarşı tərəfin yaydığı məlumatı qəti surətdə təkzib edirik”, – nazirlikdən əlavə edilib.

Related Articles

Bir cavab yazın

Back to top button