Dünya

Neapol sahillərində Türkiyə gəmisinə hücum edilib

Miqrantlar Neapol sahillərində Türkiyənin gəmisini ələ keçiriblər. Bu barədə İtaliyanın müdafiə naziri Quido Krozetto açıqlama verib.

İtaliya Hərbi Dəniz Qüvvələrinin dənizçilərindən ibarət xüsusi dəstə Türkiyənin miqrantlar tərəfindən girov götürülən ticarət gəmisinin Neapol sahillərində buraxılmasında iştirak edir.

“Report” xəbər verir ki, bunu İtaliyanın müdafiə naziri Quido Krozetto deyib.

“İtaliya Hərbi Dəniz Qüvvələrinin xüsusi bölməsi Türkiyənin Neapol sularında 15 miqrant tərəfindən qaçırılan 22 ekipaj üzvü olan gəmisini azad edir”, – report-un məlumatına görə, nazir belə deyib.

“La Stampa” qəzetinin yazdığına görə, miqrantların milliyyəti və ələ keçirilməsinin təfərrüatları naməlumdur. Baxmayaraq ki, qəsbkarların silahlı olmasına dair sübutlar var.

Nəşrin məlumatına görə, qanun pozucuları gəmidə gizlənə biliblər, daha sonra SOS siqnalı verərək ekipajı kabinəyə bağlayıblar.

Hadisə piratlıq kimi təsnif edilir.

Related Articles

Bir cavab yazın

Back to top button