Dünya

Ermənistanda Qarabağla bağlı daxili mübahisələr intensivləşib

İranın "Tasnim" xəbər ajansı Ermənistanda Qarabağla bağlı ixtilafların kəskinləşməsi ilə bağlı təhlil yazısı dərc edib. Yazıda bildirildiyinə görə, Ermənistan cəmiyyətində ikiqütblülük özünü büruzə verir.

Erməni cəmiyyətində daxili qarşıdurmanın əsas prinsiplərini Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiyanı hədəfə alaraq bəyan etdiyi açıqlamalarının tezisləri müəyyən edir. Paşinyan açıqlamalarının birində bu barədə deyib: “Biz erməni xalqını qurbanlıq qoyun vəziyyətindən çıxarmağa çalışırıq”.

Qafqaz və Türkiyə üzrə iranlı təhlilçi Həmid Qüdsi Azərin fikrincə, erməni cəmiyyəti müəyyən seçim qarşısındadır: Dırnaqarası “Artsax” xülyasından birdəfəlik imtina edərək Azərbaycan ilə münasibətləri normallaşdırmaq və inkişaf mərhələsinə daxil olmaq imkanı əldə etmək üçün Ermənistanı imperialist maraqların girovluğundan azad etmək. Yaxud da “Artsax” xülyasını davam etdirmək və dünya güclərinin maraqları üçün alətə çevrilməklə öz gələcəklərini təhlükəyə atmaq.

Məlumatda bildirilib ki, hazırda Paşinyan tərəfindən izlənən siyasi və ideoloji xətt Ermənistanı xilas etməyə hesablanıb. Lakin bununla yanaşı, Paşinyan hökuməti ciddi müqavimətlə də üzləşib. Rəsmi Kremlin Ermənistandakı dəstəkçiləri Nikol Paşinyan hökumətinə Azərbaycanla münasibələri normallaşdırmağa imkan vermək fikrində deyillər.

Related Articles

Bir cavab yazın

Back to top button