İran

İbrahim Rəisi yenidən İsraili hədələdi

İran prezidenti İbrahim Rəisi Ordu günü münasibətilə Tehranda təşkil edilmiş paradda növbəti dəfə İsraili təhdid edib.

O, bəzi ərəb ölkələrinin İsraillə münasibətlərinin normallaşmasını tənqid edərək deyib: “Əgər İsrail bəzi ölkələrlə münasibətlərini normallaşdırmaq istəyirsə, bilsin ki, ən kiçik hərəkəti belə bizim gözümüzdən qaçmır. Əgər onlardan ən kiçik xəta görsək, bizim buna cavabımız İsrail rejiminin mərkəzində olacaq və silahlı qüvvələrimiz onları rahat buraxmayacaq”.

İran mediasının məlumatına görə, İran Hərbi Qüvvələrinin paradı koronavirus səbəbilə iki il təxirə salınmasının ardından ölkənin siyasi-hərbi yüksək vəzifəli rəsmilərinin iştirakı ilə yenidən keçirilib.

Related Articles

Bir cavab yazın

Back to top button