Dünya

Emanuel Makrondan Çinə xəbərdarlıq

Fransa prezidenti Emanuel Makron Çinin xarici işlər vəziri və dövlət şurasının üzvü Vanq Yini Elize Sarayında qəbul edib. Görüş zamanı Makron Çinin Şərqi Türküstan bölgəsindəki uyğur türklərinə qarşı göstərilən amansız davranışlarla bağlı vəzirə ixtar verib. Prezident Honq Konqda insan haqlarının pozulmasından nigaran olduqlarını bildirib. Xatırladaq ki, Fransa öncələr də Pekən dövlətinə Uyğur bölgəsindəki müsəlmanlara qarşı insan haqlarının pozulması ilə bağlı ixtar vermişdi. Birləşmiş Millətlər təşkilatının məlumatına görə, Uyğur bölgəsindəki icbari iş orduqahlarında bir milyona yaxın insan saxlanılır. Çin isə iddiaları rədd edərək bildirib ki, bu orduqahlar təhsil düşərgələridir. və bu düşərgələr Uyğur bölgəsindəki radikal ifratçılara qarşı mübarizə aparmaq baxımından zəruridir.

Related Articles

Bir cavab yazın

Back to top button