İran

İsrail “İranla qarşıdurmaya hazırlaşmaq üçün” F-35 nizami uçaqların ən böyük manovrunu keçirir

İsrailin İtaliya, Amerika və Britaniya hava qüvvələri ilə birlikdə İtaliyanın hava alanında birgə manovra başlayıb.
İsrailin bir yüksək vəzifəli nizamisi ölkəsinin xələbanlarını “İranla qarşıdurmaya hazırlaşmaq” üçün bu manovra göndərildiyini deyib.
Məlumatlara görə, iki həftə davam edəcək hava manovrlarında qabaqcıl F-35 anti-radar uçaqları “indiyədək ən böyük və ən uzaq məsafəli” hava manovruna qatılıblar.
“Times of Israel” xəbər saytı 6 juən, bazar günü İsrailin “yüksək vəzifəli nizamisi”nə istinadla yazıb, bu manovrun keçirilməsindən məqsəd dəqiq hədəflərə yönəlməkdir” və “İran bizim diqqət mərkəzimizdədir”.
Adı açıqlanmayan nizami artırıb ki, xələbanlarımızı göndərməkdən hədəf “onları İran qüvvələrinə qarşı hücumlara hazırlamaqdır”.
Nizami təhlilçilərin İsrail mətbuatına verdiyi açıqlamaya görə, bu manovru keçirməyin məqsədi İsrailin İrana hücum edəcəyi halda F-35 nizami uçaqlarının uzaq hədəflərə necə uça biləcəyini və döyüş tapşırıqlarını necə yerinə yetirəcəyini dəyərləndirməkdir.

Related Articles

Bir cavab yazın

Back to top button