İran

Vilayəti: Qafqaz bölgəsinə çox həssas yanaşırıq və sərhədlərin dəyişməsinə imkan vermərik

İranın dini rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri deyib: Biz Qafqaz regionuna, xüsusən də sərhədimizin ən həssas bölgələrindən sayılan Cənubi Qafqaza çox həssas yanaşırıq.

“Qafqazdakı qonşu dövlətlərimizin sərhədləri İran İslam Cumhuriyyəti üçün təhlükəsizlik cəhətdən təsir edir, yəni biz sərhədlərdə heç bir dəyişikliyi qəbul etmirik. Keçmiş və indiki təcrübə göstərir ki, ölkələrin sərhədləri dəyişikliyə məruz qalarsa, sonu bilinməyən böhran ocağı yaranar”,-deyə Əliəkbər Vilayəti iddia edib.

“Aznews tv” xəbər verir ki, o habelə bildirib: “Ölkəmizin şimalında və şimal-qərbində Azərbaycan, Ermənistan və Türkiyə var və praktiki olaraq Cənubi Qafqazda Azərbaycan, Ermənistan və Gürcüstan yerləşir”.

Vilayətinin sözlərinə görə, önəmli məqam və nöqtə ondan ibarətdir ki, Azərbaycan və Ermənistan bizimlə həmsərhəddir. Sərhədlərin dəyişməsinə, Amrika kimi instinktiv və fitri aqressiyaya malik ölkələrin gəlib orada yuva qurmasına imkan verməyəcəyik.

Qeyd edək ki, Qarabağın erməni işğalında olduğu 30 ilə yaxın müddətdə Azərbaycanın beynəlxalq aləmdə rəsmən tanınan bu torpaqlarını keçərək oradan Ermənistan rəhbərliyi ilə birgə Avropaya narkotik qaçaqmalçılığı edən İranın hakimiyyət nümayəndələri indi heç bir dövlətin sərhədlərinin keçilməz olduğunu bəyan edir. Bunun bir çox sübutu var ki, Azərbaycan dövləti üçün bəllidir. Onlardan biri Qarabağ torpaqlarının işğalı zamanı İran rejiminin Araz çayının altından tunel qazaraq bu torpaqlara gizli keçməsi və buradan ermənilərlə işbirliyi səyəsində narkotik maddə qaçaqmalçılığıdır. Bundan başqa, ikinci Qarabağ savaşı dövründə Sepah-ın Qarabağ bölgəsində özü üçün hərbi baza yaratması və Azərbaycan hərbçilərinin Qarabağın cənub bölgələrindən irəliləyərkən onların önünü kəsməsi və Azərbaycan əsgərlərinin İran əsgərləri ilə qarşılaşmamaq üçün geri qayıdaraq başqa yoldan davam etmələri İranın beynəlxalq səviyyədə tanınan sərhədləri pozmasına ən bariz nümunələr ola bilər. Elə isə İran rejimi kiməsə şər atmadan öncə yaxşı olar ki, dönüb öz əməllərinə bir daha baxsın!

Related Articles

Bir cavab yazın

Back to top button