Dünya

“Figaro” qəzeti: “Paşinyanin vəziyyəti məyusedicidir”

Fransanın “Figaro” qəzeti Dağlıq Qarabağda gedən nizami əməliyyatla bağlı daha bir məqalə dərc edib. Araşdırmada Paşinyanın vəziyyətinin məyusedici olduğu vurğulanıb. Bildirilib ki, Ermənistanın Baş vəziri Nikol Paşinyan Dağlıq Qarabağ münaqişəsinin siyasi həlli olmadığını söyləyib və xalqı savaşa könüllü getməyə çağırıb. Məqalədə Paşinyan şəhərlərin, qəsəbələrin və kəndlərin yerli məsullarına, mədəni camiənin rəhbərlərinə, siyasi hizblərə, iş adamlarına və könüllü birliklərə müraciət edərək onları Dağlıq Qarabağdakı erməni nizamilərə qoşulmağa çağırıb.
O, cəbhədə vəziyyətin Dağlıq Qarabağdakı erməni qüvvələri üçün yetərli qədər çətin olduğunu etiraf edib və hamını birləşməyə səsləyib.
Məqalədə Azərbaycanın 1990-cı illərdə itirdiyi torpaqları geri qaytardığı qeyd olunub. Qəzetdə hər iki ölkənin xarici işlər vəzirlərinin Mosko və Vaşinqton görüşlərinə də yer verilib.

Related Articles

Bir cavab yazın

Back to top button