Bölgə

Forbes: Türkiyə döyüş təyyarələri ilə bağlı Çin və Koreyaya üz tuta bilər

Türkiyə F-16 döyüş təyyarələri ilə bağlı tələbinin ABŞ tərəfindən rədd ediləcəyi təqdirdə Çin və ya Cənubi Koreyaya müraciət edə bilər.

Türkiyə F-16 döyüş təyyarələri ilə bağlı tələbinin ABŞ tərəfindən rədd ediləcəyi təqdirdə Çin və ya Cənubi Koreyaya müraciət edə bilər.

Bu barədə ABŞ-ın “Forbes” jurnalı məlumat yayıb.

Xəbərdə Türkiyənin sözügedən istiqamətdə seçimlərinin məhdud olduğu bildirilib. Səbəb olaraq isə Türkiyəyə tətbiq edilən sanksiyalar və ikili standartlar göstərilib. İngiltərənin Suriyada keçirilən antiterror əməliyyatlarına görə Türkiyəyə tətbiq etdiyi sanksiyalar bunlara örnək göstərilib, digər tərəfdən isə Fransanın Yunanıstana “Rafale” qırıcı təyyarələri satması xatırladılıb.

Eyni zamanda Türkiyə Müdafiə Nazirliyinin Rusiyadan S-400 almaq qərarına görə ağır bədəl ödədiyi və Türkiyənin ən az 10 il beşinci nəsil döyüş təyyarəsinə sahib ola bilməyəcəyi bildirilib.

Related Articles

Bir cavab yazın

Back to top button