İran

“FOREIGN POLİCY” JURNALINDA İRAN HAQQINDA MƏQALƏ DƏRC EDİLİB

“İranda etirazların və rejimin süqutunun qarşısını almaq üçün prezident Ruhani İranda bir sıra iqtisadi müəssisələrin yenidən fəaliyyətə başlaması ilə bağlı əmr verib. Ölkənin, böyük ehtimalla koronavirus mərizliyinin ikinci dağıdıcı dalğası ilə üzləşəcəyinə baxmayaraq, İran höküməti belə bir nəticəyə gəlib ki, ölkədə iqtisadi fəaliyyətin dayandırılması etirazlara və rejimin dağılmasına səbəb olacaq”, – deyə yazıda vurğulanır.

Məlumata görə, “Foreign Policy” yazır ki, Həsən Ruhaninin İranda iş yerlərinin açılması və iqtisadi müəssisələrin təcili fəaliyyətə başlamasına dair təsmiminin səbəblərini başa düşmək üçün nəzərə almaq lazımdır ki, koronavirus pandemisindən öncə İranın iqtisadi artım sürəti mənfi yüzdə 5 idi və təvərrüm tənəzzülü nəticəsində ölkə iqtisadı ağır böhran mərhələsinə çatmışdı.
Bu arada Beynəlmiləl Pul Sandığı, İran iqtisadının keçən il yüzdə 9.5 azaldığını bildirib, halbuki, İran Mərkəzi Bankının etirafına görə, bu ölkədə illik təvərrüm yüzdə 41-ə çatıb ki, bu da son 25 ildə ən yüksək təvərrüm həddi sayılır.
“Foreign Policy” jurnalı daha sonra artırıb ki, koronavirus böhranı İranın həssas iqtisadını daha da zəiflədib. Belə ki, ölkədə 7.5 milyon insan yoxsullaşıb, milyonlarla insan işsiz qalıb, daha milyonlarla insanın da aylıqları və iş saatları azalıb.
Aparılan bir sıra hesablamalara işarə edən bu jurnal, təkcə koronavirus böhranında 1-2 milyon iranlının iş yerlərini itirdiyini bildirir.

Related Articles

Bir cavab yazın

Back to top button