İran

KORONAVİRUS VƏTƏNDAŞLARIN RUHİ-RƏVANINDA MÜŞKÜL YARADIB

İranda koronavirusdan sağalanların yarıdan çoxu ruhi-rəvani çətinliklərdən əziyyət çəkirlər.
Heç kəsə sirr deyil ki, İranda korona böhranı təkcə bu virusa tutulanların və onun qurbanlarının sayının artması ilə məhdudlaşmır.
Koronavirusun yayıldığı bir vaxtda, iqtisadi çətinliklərin artması bir tərəfdən və vətəndaşların, xüsusən də doktorların və tibb işçilərinin ruhi problemlərinin yayılması başqa tərəfdən, İran vətəndaşları üçün yeni bir şərait yaradıb.
Ordibeheştin əvvəlində iranlı epidemiolojist və Tehranda Koronavirusla Mübarizə Komitəsinin üzvü Həmid Suri verdiyi müsahibədə bu barədə danışıb. “Mərizxanadan tərxis olunanların yüzdə 50-dən çoxu ruhi çətinliklərdən əziyyət çəkirlər və bu gedişat həmin insanlardan başqa, tibb və behdaşt işçiləri arasında da geniş yayılıb”, – deyə o bildirib.
Qeyd edək i, əhalinin sıxlığı və nəticədə həmin bölgədə virusun geniş yayılması ilə, burada rəvani problemlər də artıb.

Related Articles

Bir cavab yazın

Back to top button