Dünyaİran

Fransa İran hökumətinin hərəkətlərini həyasızlıq adlandırıb

Oktyabrın 6-da Fransa Xarici İşlər Nazirliyi İranda "casusluqda" ittiham olunan bu ölkənin iki vətəndaşının məcburi etiraflarının yayımlanmasını "utancverici, həyasız səhnələşdirmə və beynəlxalq qanunlara zidd" addım adlandırıb.

Rəsmi Paris İslam Respublikasını dövlət səviyyəsində girov götürməkdə” ittiham edib.

Qeyd edək ki, İran İslam Respublikası Radio və Televiziya Şirkətinə bağlı ərəb dilli “Əl-Aləm” telekanalı oktyabrın 6-da iki Fransa vətəndaşının məcburi etiraflarını yayıb.

Onların beş ay əvvəl “İslam Respublikasını devirmək üçün inqilaba hazırlıq işləri aparmaq məqsədilə İrana səfər etdikləri”ni iddia edib.

İki Fransa vətəndaşından yayımlanan videoda xanım Sisli Kuller hicab taxır və özünü “Fransa Xarici Təhlükəsizlik Xidmətinin kəşfiyyat və əməliyyat məmuru” kimi təqdim edir. Jak Perri də bu videoda “Fransa xarici təhlükəsizlik xidmətində məqsədimiz İran hökumətinə təzyiq etməkdir”, deməyə məcbur edilib.

Bu məcburi etirafların yayımlanmasından sonra Fransa Xarici İşlər Nazirliyi bunu “həyasız səhnəcik” adlandırıb və bu iki Fransa vətəndaşının may ayında İran tərəfindən özbaşına həbs edildiyini və girov götürüldüyünü deyib.

Fransa Xarici İşlər Nazirliyinin bəyanatında iki fransalının ehtimal olunan etiraflarının səhnələşdirilməsi “utancverici, iyrənc, qəbuledilməz və beynəlxalq qanunlara zidd hərəkət” kimi dəyərləndirilib.

“Bu məcburi etiraflar onların özbaşına saxlanması üçün göstərilən səbəblər qədər əsassızdır.
Ən pis diktatura rejimlərinə layiq bu cür səhnələşdirmə və hərəkətlər beynəlxalq ictimaiyyətin diqqətini İran xalqının qanuni istəklərindən yayındırmayacaq”,- deyə, Fransa tərəfinin bəyanatında qeyd olunub.

Fransalı məhbusların etiraflarının məcburi yayımı Avropa Birliyinin Məhsa Əmininin ölümündə və İranda xalq etirazlarının geniş şəkildə yatırılmasında iştirak edən şəxslər və qurumlara sanksiya qərarı verməsi ərəfəsində həyata keçirilir.

İran İslam Respublikası hökuməti uzun illərdir ki, xarici vətəndaşları casusluqda ittiham edərək öz imtiyaz və tələblərini əldə etmək üçün onlardan girov kimi istifadə edir.

Bu hökumət əvvəllər də iranlı və əcnəbi məhbusları etiraf etməyə məcbur edib.

Onlar azadlığa çıxandan sonra etiraflarını qəti şəkildə rədd edib və etiraflarının məcburi və təhdid altında alındıqlarını bildiriblər.

Related Articles

Bir cavab yazın

Back to top button