AzərbaycanBölgəİdman

Fransalı voleybolçu qatıldığı yarışa ev sahibliyini İranın, yoxsa Cənubi Azərbaycanın etdiyini soruşdu

Voleybol üzrə Fransa millisinin üzvü Stiven Boyer öz Instagram səhifəsində maraqlı paylaşım edib.

Aznews.tv-nin verdiyi məlumata əsasən, o qatıldığı yarışmaya kimin ev sahibliyi etdiyini müəyyən edə bilməyib.

İdmançı: “Bir il fərq! Voleybol üzrə Millətlər liqasının ilk həftəsi İrandadır, yoxsa Cənubi Azərbaycanda?”, yazısını paylaşıb.

Xatırladaq ki, bu yaxınlarda Urmiya şəhərinin “Durnalar yuvası” stadionunda dünya millətləri voleybol liqası keçirilib.

Yarışlar zamanı stadionda Azərbaycanla bağlı bir çox şüar səsləndirilib.

Hətta hal o yerə çatıb ki, İran mətbuatı belə bu yarışlarda İranın deyil, Azərbaycanın təşviq edildiyini etiraf edib.

Aznews.tv

Related Articles

Bir cavab yazın

Back to top button