Dünya

Madaqskarda izdiham səbəbindən stadionda çoxlu insan həlak olub – VİDEO

Madaqaskarın paytaxtı Antananarivoda azadlıq bayramı münasibətiylə təşkil olunmuş tədbir zamanı faciə baş verib.

Aznews.tv xəbər verir ki, stadionda baş verən izdiham zamanı 20-yə qədər insan həyatını itirib. Çox sayda insan xəsarət alıb.

Məlumata görə, polis əvvəlcə qapıları açaraq, insanların çıxmasına icazə verib.

Lakin sonra nədənsə asayiş keşikçiləri qapıları bağlayıb.

Qapı qarşısına toplaşan insanlar bir-birilərini əzib.

Əlavə edək ki, Madaqaskar Fransadan ayrılmasının 59-cu ildönümünü qeyd edir.

Aznews.tv

Related Articles

Bir cavab yazın

Back to top button