Azərbaycan

Gəncədə tullantılarının toplanması infrastrukturu üçün 10 milyon avro kredit ayrılacaq

Avropa Yenidənqurma və İnkişaf Bankı “Gəncə şəhər Mənzil-Kommunal” İstehsalat Birliyinə 10 milyon avro kredit ayırmağı planlaşdırır. Bu barədə bankın saytında məlumat verilir.

Bankın yaydığı məlumata görə, kreditin təsdiqlənməsi üçün bütün hazırlıq işləri başa çatdırılıb.

“Bank Gəncə şəhərində bərk məşət tullantılarının toplanması infrastrukturunun (tullantıların yığılması, küçə təmizlənməsi) yenilənməsinə və birliyin əməliyyat və maliyyə səmərəliliyinin yaxşılaşdırılmasına dəstək verəcək”, – deyə məlumatda bildirilir.

Avropa Yenidənqurma və İnkişaf Bankının qiymətləndirmələrinə görə, layihə Gəncə şəhərində tullantıların toplanması xidmətinin ətraf mühit, sağlamlıq və təhlükəsizlik standartları baxımından yaxşılaşdırılmasına imkan verəcək.

Related Articles

Bir cavab yazın

Back to top button