İran

Milli fəal Nasir Əşcari maheri evin zindanına köçürülüb

Təbrizli milli fəal Nasir Əşcari Maheri çərşənbə axşamı günü saat 12:30-da məhkəmənin icra şöbəsinin dörd məmuru tərəfindən tutuqlanıb. Fəal 6 ay həbs cəzasını çəkməsi üçün Tehranın Evin zindanına köçürülüb.
Bildirək ki, Tehran sakini Nasir Əşcari Maheri daha öncə Tehran İnqilab Məhkəməsinin 26 saylı şöbəsi tərəfindən 6 ay həbs cəzasına məhkum edilib. Onun məhkəmə cələsəsi mayın 5-də keçirilib. O, “ölkənin daxili və xarici əmniyətinə qarşı cinayət törətmək üçün əlbir olmaq” iddiası ilə ittiham edilib. Fəal “Peyğəmbəri təhqir etmək” və “dövlətə qarşı təbliğat fəaliyyəti” ittihamlarından bəraət alıb. Əşcarinin ailəsi onun yaşlı və diabet mərizi olması ilə bağlı nigarandır. Koronavirusun yayılması nigaranlığı daha da artırıb. Qeyd edək ki, Nasir Əşcari Maheri 7 janviyə 2017-ci ildə İttilaat Vəzirliyinin qüvvələri tərəfindən həbs olunub. Evin zidanının 209 saylı baazdaştqahında 44 gün saxlanılıb. 20 fevriyə 2017-ci ildə məhkəmə prosesi bitənədək 50 milyon tümən vəsiqə qarşılığında müvəqqəti azadlığa buraxılıb.

Related Articles

Bir cavab yazın

Back to top button