Bölgə

Gilan valisi “Heyran gədiyi”nin Ərdəbilə birləşdirilməsi kampaniyasına sərt reaksiya verib

Vali “Heyran gədiyi”ni Gilanın “üzük qaşı” adlandırıb.

“Heyran gədiyi” bölgəsində yaşayan minlərlə azərbaycanlının bölgənin Ərdəbil əyalətinə birləşdirilməsi üçün imza toplama kampaniyası Gilan valisi Əsədullah Abbasinin sərt reaksiyası ilə qarşılanıb.

O, “Heyran gədiyi”ni Gilan əyalətinin üzük qaşı adlandıraraq onun əyalətdən ayrılmasına imkan verməyəcəklərini bildirib.

“Həmişə bir qrup belə hərəkətlərlə heyran, Astara və Ərdəbil əhalisinin hissyiyyatları ilə oynayırlar. Son günlər kimliyi bəlli olan şəxslər kampaniya başladaraq iki bölgə əhalisi arasında dağınıqlıq yaratmaa çalışırlar”-deyə, Gilan valisi imza toplama kampaniyası başladan yerli əhalini fitnəkarlıqda ittiham edib.

O, bu hərəkətlərin heç bir nəticə verməyəcəyini vurğulayaraq “Heyran gədiyi”nin Gilan əyaləti tərkibində qalacağını deyib.
Xatırladaq ki, bir neçə gün öncə “Heyran gədiyi”nin yenidən Ərdəbil əyalətinin inzibati ərazi bölgüsünə salınması tələbi ilə imza toplama kampaniyası başladılıb.

Müstəqil imza toplama platformasında #Ərdəbil_Heyra haştagi adı altında həyata keçirilən kampaniyanı başladanlar prosesin yanvarın 24-dən başlayaraq iki ay müddətinə bunun davam etdiriləcəyini bildirib.

“İranda inzibati ərazi bölgüsü kəndlərin rayon mərkəzlərinə və şəhərlərin əyalət mərkəzinə yaxınlığı göstəricilərinə görə həyata keçirilir.

Bununla yanaşı ortaq dil və mədəniyyətdə mahal və əyalətlərin təşkil tapmasında əsas amillərdən biri sayılır. Keçmişdə Heyran gədiyinin yollarının 20 kilometri onun əhalisi ilə eyni dil və mədəniyyəti bölüşən Ərdəbil əyalətinin tərkibində olub.

Bununla yanaşı indidə məişət, səhiyyə və xidmət sahəsində bölgənin bütün bağlantıları Ərdəbil əyaləti ilə sıx bağlıdır”-kampaniyan başlanması ilə əlaqədar yayılan açıqlama bildirirlir.

Qeyed olunur ki, son illər bölgə kəndlərinin əhalisinin Ərdəbil əyalətinə birləşmək barədə haqlı tələblərinə məhəl qoyulmaması bu ərazilərdə yaşayan insanların çoxlu problemlərlə qarşılaşmasınasəbəb olub: “Ona görə də, biz bu kampaniyanı imzalayanlar adı çəkilən ərazilərin yenidən Ərdəbil əyalətinə qaytarılmasını istəyirik”.

Qeyd edək ki, Astara şəhəri Gilan əyalətinin mərkəzi olan Rəşt şəhərinin təxminən 200, Ərdəbil şəhərinin isə 70 kilometrliyində yerləşir.

Bu şəhər vaxtı ilə Ərdəbil mahalı və Şərqi Azərbaycan əyalətinə bağlı olub. Sonralar ölkənin inzibati ərazi bölgüsündə Gilan əyalətinə birləşdirilib. Şəhərin əhalisi Azərbaycan türkləridir və bu günə kimi Astaranın yenidən Ərdəbil əyalətinə birləşdirilməsi üçün çoxsaylı kampaniyalar həyata keçirib, müraciətlər yayıblar.

Related Articles

Bir cavab yazın

Back to top button