İran

Güclü qar səbəbindən Çaldıranda 30 kəndin yolu bağlanıb

Çaldıran vilayətində hava şəraiti kəskin pisləşib. Qar yağmasi nəticəsində vilayətin 30 kəndinin yolu bağlanıb. Bu barədə Çaldıran Vilayətinin fərmandarı Həsən Məhəmmədzadə bildirib. Onun sözlərinə görə, yol idarəsinin işçiləri yolların qardan təmizlənməsi yönündə işlər görürlər. Növbəti 24 saatda hərəkət təmin olunacaq. Məhəmmədzadə əsli və fəri yolların çoxunun açıq olduğunu diqqətə çatdırıb. “Güclü külək mərkəzi və Avacıq bəxşlərində yolların bağlanmasına səbəb olub. Sözügedən bölgələrdə kəndlərin çoxu mərzdə yerləşir. Ötən gün qarlı yolda qalan 7 maşın və müsafirləri xilas edilib”,-deyə Çaldıran vilayətinin fərmandarı bildirib.

Related Articles

Bir cavab yazın

Back to top button