İran

Gülüstanda covid-19-la bağlı son vəziyyət

Gülüstan Ustanı Tibb Elmləri Danişqahının rəisi Əbdülrza Fazil bildirib ki, hazırda ustanda koronavirus üzrə sarı durum hökm sürür. O, Gülüstandakı durumla ilgili şəhrivərin 11-də jurnalistlərə açıqlama verib. Məlumata görə, isfənddən murdadın ortalarınadək virus mərizlərinin sayında artım olub. Sağlıq Vizarətindən bildirilib ki, əhali sağlıq qaydalarına riayət edərsə, ustanda vəziyyət daha da yaxşılaşa bilər.
Əbdülrza Fazilin verdiyi bilgiyə görə, “Ustanın Ramian, Minudəşt, Kürdkuy və Bəndər Gəz şəhristanları qırmızı vəziyyətdədir və sair şəhristanlar, o cümlədən Gürgan sarı vəziyyətə keçib. Hazırda Gülüstan üzrə 228 koronavirus mərizi müalicə alır. Mərizlərdən 84 nəfəri ICU bölməsindədir, onlardan 28 nəfəri isə məsnoyi-nəfər dəsgahına birləşdirilib”.
Ustanda ümumilikdə 7 690 nəfər mərizliyə tutulub. Ötən 24 saatda 5 nəfərin infeksion səbəbilə həyatını itirməsi nəticəsində bölgədə ölü sayı 869 nəfərə yüksəlib.
Vurğulayaq ki, İran dövlətinin qeyri-fars millətlərə, xüsusilə də İranda çoxluq təşkil edən türklərə qarşı assimilyasiyonu bu ustan üçün də keçərlidir. Eləcə də İran türkcə olan isim və sözlərin tamamilə silinməsinə səy göstərir. Bu mənada Gülüstan ustanının adı əvvəllər Türkmən Səhra Ustanı adlandırılıb. Vurğulayaq ki, ustan əhalisi İran türklərindən ibarətdir və bölgənin Türkmənistan Cümhuriyyəti ilə ortaq mərzləri var.

Related Articles

Bir cavab yazın

Back to top button