İran

Sistan və Bəluçistanın sakinləri içməli suyun qıtlığından çətinlik çəkirlər

Artıq illərdir ki, Sistan və Bəluçistanın kənd sakinləri içməli suyun qıtlığından çətinlik çəkirlər.
Bu günlər Dəştyari və Çabahar kəndlərinin yüzdə 81 əhalisi tanker vasitəsi ilə suyu əldə edirlər. Əhalisi sağlamlıq təchizatı ilə təmin olunmurlar. Onlar gündəlik olaraq içməli sularını “Hutək” adlı yerdən əldə etməyə məcburdular. Hutək hovuzu çox təhlükəlidir. Dəfələrlə hovuzdan su götürmək istəyən sakinlər boğulub ölüblər.
Sistan və Bəliçistanın bir çox kəndlərində su xəttinin olmaması bu ərazilərdə yaşamağı insanlar üçün müşkül edib. Amma məsullar tərəfindən bu problemin çözülməsi üçün hələ heç bir addım atılmayıb.
“İLNA”nın verdiyi məlumata əsasən, Çabahar, Nikşəhr, Kənarək, Qəsrqəndin nümayəndələri bu məntəqələrin su problemini enerji vizarətinə çatdırmır.
Siyasətçi Moinol-Səidi bu sahədə müdiriyyətin zəyifliyini və enerji vizarətini tənqid edib. O, su çatışmazlığına və su xəttinin yoxluğuna, eləcə də azyaşlı uşaqların çaylarda boğulmasına işarə edib. Məntəqənin məhrum və yoxsul qalmasının səbəbini məsul idarələrin keyfiyyətsiz əməlləri kimi dəyərləndirib.

Related Articles

Bir cavab yazın

Back to top button