Azərbaycanİran

İranda türkmən həkim təhlükəsizlik məmurları tərəfindən öldürülüb

Əslən Türkmənsəhra türkmənlərindən olan və Tehranın Şəmran xəstəxanasında işləyən Ayda Rüstəmi adlı gənc həkim təhlükəsizlik məmurları tərəfindən öldürülüb.

O, dekabrın 12-də işdən çəxdəqdan sınra yoxa çıxıb və polis onun meyitini iki gün sonra ailəsinə təhvil verərək avtomobil qəzasında öldüyünü, daha sonra isə özünü örpüdən ataraq intihar etdiyini iddia edib.

Ayda Rüstımiyə məxsus çanta, şəxsi əşyalar və mobil telefonunun ailəsinə verilmədiyi, ailənin məsələni ictimailəşdirməməsi ilə balı təhdid edildiyi bildirilir.

İnsan haqları müdafiəçiləri şahidlərin dediklərinə əsasən dekabrın 17-də dəfn edilən türkmən xanımın işdən çıxdıqdan sonra təhlükəsizlik məmurları tərəfindən oğurlandığını və döyülərək öldürüldüyünü deyirlər.(Axar.az)

Related Articles

Bir cavab yazın

Back to top button