İran

İran parlamentinin qalmaqallı millət vəkili üzr istəməklə yanaşı jurnalistləri hədələdi

Musəvi habelə İranın 5-ci telekanalının aparıcılarından birinin öz verilişində sözügedən millət vəkilinin çıxışı ilə bağlı açıqlama verməsini tənqid edərək İran Dövlət Televizyonu Təşkilatının sədrindən məsələ ilə bağlı addım atılmasını istəyib.

“İranda musiqi alətləri və günəş eynəyi axtaran hər kəs ölkədən getsin” deyən İslam Şurası Məclisinin qalmaqallı millət vəkili Seyid Kazım Musəvi sənət adamlarından üzr istəməklə yanaşı, həmkarlarına da tövsiyə edib ki, hər jurnalistə müsahibə verməsinlər.

“Aznews tv”  xəbər verir ki, Ərdəbil şəhərindən seçilmiş millət vəkili dünən, dekabrın 14-də parlamentin ümumi iclasında iddia edib ki, guya onun açıqlaması təhrif olunub və o, sadəcə deyib ki, əhalinin çörək və əsas ərzaq məhsulları ilə təmin olunması və xalqın məişət həyatı ölkəyə gətirilən musiqi alətləri ilə müqayisədə daha önəmlidir.

Musəvi habelə İranın 5-ci telekanalının aparıcılarından birinin öz verilişində sözügedən millət vəkilinin çıxışı ilə bağlı açıqlama verməsini tənqid edərək İran Dövlət Televizyonu Təşkilatının sədrindən məsələ ilə bağlı addım atılmasını istəyib.

Qeyd edək ki, İran Parlamentinin İqtisad Komissiyasının sədr müavini Musəvi ölkəyə idxal olunan günəş eynəyi və musiqi alətlərinin lazımsız olduğunu bildirərək, bu iki məhsulun insanların həyatında heç bir dəyişiklik etməyəcəyini, bundan narazı olanların isə ölkədən çıxıb gedə biləcəyini deyib.

Related Articles

Bir cavab yazın

Back to top button