İran

Güney Azərbaycanın qədim kəndi-Pinə Şalvar

Pinə Şalvar kəndinin tarixi qəbiristanlığı Təbriz şəhərinin cənub-şərqində yerləşir. İslamdan əvvəlki dövrə aid olan köhnə və tarixi qəbiristanlıqlardan biridir. Təbriz sakinləri həmin qəbiristanlıqla bağlı müxtəlif rəvayətlər danışırlar. Pinə Şalvar sakinlərinin sözlərinə görə, rusların ayağı buraya açılandan sonra rəvayətlərdə olan vəziyyət dəyişib. Pinə Şalvar kəndinin qədimliyi isə İranda İslam dinin yayılmasından öncəki dövrlərə dayanır. Bu kənd Səhənd dağının ətəklərində yerləşdiyi üçün yay fəslində havası sərin olur. Bu səbəblə bölgədə yaşayan sakinlər oturaq həyat yaşayırlar. Adlım Səhənd dağı Təbriz şəhərinin günyində yerləşir və yanardağ zirvələri var. Çevrəsindəki daş yataqlarından müxtəlif tikinti və yonma işlərində istifadə olunur. Qeyd edək ki, Güney Azərbaycan coğrafiyasındakı türkcə məkan adları farslaşdırılıb. Pinə Şalvar kəndinin də adı təhrif edilərək Pir Şəlvara edilib .

Related Articles

Bir cavab yazın

Back to top button