İran

İranda koronavirus qurbanlarının sayı artır

İranda son 24 saatda 14 minə yaxın şəxs koronavirusa tutulub, 469 nəfər isə həyatını itirib. Bu barədə İranın Sağlamlıq, Müalicə və Tibbi Təhsil vəzirliyinin sözçüsü Sima Sadat Lari açıqlama verib. Məlumata görə, ölkə üzrə daha 13 843 nəfər koronavirusa tutulub ki, bununla da mərizliyə tutulanların ümumi sayı 894 385 nəfərə yüksəlib. Virus daşıyıcılarından 5 832 nəfərin durumu isə ağır olaraq qiymətləndirilir. Koronavirus qurbanlarının sayı isə 46 207 nəfərə çatıb. Sadat Lari İranda indiyədək 625 606 nəfərin koronavirusdan sağaldığını açıqlayıb. İranda ümumilikdə 5,91 milyondan çox test həyata keçirilib. Rəsmi məlumata əsasən, ölkənin 27 vilayəti qırmızı, 4 vilayəti isə narıncı məntəqə hesab edilir.

Related Articles

Bir cavab yazın

Back to top button