İran

Güney Azərbaycanlı milli fəal həbs cəzasına məhkum edilib

Milli-mədəni fəal və Azərbaycan Traxtur timinin liderlərindən biri olan Saman Bidar Əcirli, Ərdəbil İnqilab Məhkəməsinin birinci şöbəsi tərəfindən 3 il 45 gün həbs cəzasına məhkum edilib. Bu hökm 3 il müddətində təliq edilib.
İnqilab Məhkəməsi Birinci Şöbəsinin dəftəri bu hökmü şəfahi surətdə xordadın 26-ı Çərşənbə günü fəala iblağ edib.
Azərbaycanlı fəala qarşı irəli sürülən ittihamlar “ictimai narahatlığa səbəb olan həqiqətə uyğun olmayan mətləblərin dərc edilməsi yolu ilə rejimə qarşı təbliğat fəaliyyəti”, “İslam İnqilabının qurucusu Xumeyni ilə hazırkı rəhbər Əli Xaməneiyə tohin etmək” də günahlandırıb.
Azərbaycanlı Milli fəal Sa:man Bidar 1399-cu il isfəndin 10-da təhlükəsizlik məmurları tərəfindən tutulub və iki gün İttilaat İdarəsinin infiradisində saxlanıldıqdan sonra isfəndin 12-də Ərdəbilin Mərkəzi Həbsxanasına köçürülüb.
Bu türk fəal 18 isfənd 1399-cu il tarixdə 50 milyon Tümə vəsiqə müqabilində Ərdəbil Mərkəzi zindanından müvəqqəti olaraq azadlığa buraxıldı.

Related Articles

Bir cavab yazın

Back to top button