Azərbaycan

Azərbaycanda valideynlərin uşaqlara zorla dini tərbiyə verməsi qadağan edilib .

Azərbaycan Cumhurisinin Milli Məclisi “Dini etiqad azadlığı haqqında” qanuna dəyişiklik edib. Bu haqda “prezident.az” saytında məlumat yerləşdirilib.

Öncə həmin qanunda deyilirdi: “Valideynlər və ya onları əvəz edən şəxslər, qarşılıqlı razılıq əsasında, uşaqlarını özlərinin dini əqidəsinə və dinə münasibətinə uyğun olaraq tərbiyə edə bilərlər”.

Yeni dəyişiklikdə isə belə deyilir: “Valideynlər və ya uşaqların başqa qanuni nümayəndələri, qarşılıqlı razılıq əsasında, uşaqları özlərinin dini əqidəsinə və dinə münasibətinə uyğun olaraq tərbiyə edə bilərlər. Uşaqların dinə etiqad etməyə məcbur edilməsi qadağandır. Uşaqların dini tərbiyəsi onların fiziki və ru:hi sağlamlığına mənfi təsir göstərməməlidir”.

Related Articles

Bir cavab yazın

Back to top button