İran

Güney azərbaycanlı milli fəal həbs və cərimə cəzasına məhkum edildi

Tir ayının 31-də Təbrizdə Ələhvaz ərəblərinə dəstək üçün keçirilən mitinqə qatıldığına görə tutulan milli-mədəni fəal Şahin Bərzgərlə bağlı məhkəmə hökm çıxarıb.

Şahin Bərzgər “ictimai şəbəkələrdə muxabirat sistemlərindən istifadə etməklə əhalini zorakılığa dəvət etmək” ittihamı ilə 40 milyon rial cərimə və 50 gün həbs cəzasına mühakimə olunub.

Bu hökm qazi Rza Furuğinin başçılığı ilə keçirilən Təbriz Cəza Məhkəməsinin 111-ci bölməsində çıxarılıb.

Başqa bir hökmlə, onun barəsində çıxarılan 50 günlük həbs cəzasının 2 il müddətinə təxirə salınmasına qərar verilib.

Milli fəal 1398-ci ilin aban ayında İranda yanacaq qiymətlərinin qəfil bahalaşmasına qarşı keçirilən toplu etirazlarda başqa milli fəallarla birlikdə Təbrizdə tutulub.

Şahin Bərzgər təxminən 100 gün Ettelaatın təkadamlıq zindanında saxlandıqdan sonra fevralın 24-də 600 milyon tümən girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər azad edilib.

Related Articles

Bir cavab yazın

Back to top button