İran

Şeyx Səfiəddin Ərdəbili Məcmuəsi UNESCO-nun səbt olunmuş dünya əsrələri listindən çıxarıla bilər

Şeyx Səfiəddin Ərdəbili Məcmuəsi Ərdəbil şəhərinin tarixi və əski çağalara söykənən məkanlarından biri, habelə UNESCO-nun Dünya Mirası Listində səbt olunmuş bir əsərdir.

Bu məcmuədə Şeyx Səfiəddin Ərdəbilinin məzarı ilə birgə, Birinci Şah İsmayıl və anası Ağ Qoyunlu Uzun Həsənin qızı, habelə Səfəvilər çağında bir sıra şeyxlər və mənsəb sahiblərinin, eləcə də Çaldıran Savaşında azərbaycanlı şəhid əsgərlərin məzarları yerləşir. Məcmuənin sair bölmələrinə Çinixana, Cənnət Saray, Çilləxana, Şəhidqah və Çırağ Xana bağlıdır.

Dünya mirası olan Şeyx Səfiəddin Ərdəbili Məcmuəsinin dünya səviyyəli dəyərləri olduğuna görə 1389-cu il UNESCO-nun Brezildə 34-cü Yığıncağında 1345 nömrə ilə Dünya Mirası Listinə salınıb.

Ərdəbil Əyaləti isə ölkənin özünə məxsus tarixi tikililəri olan əyalətlərdən biri sayılır və burada çoxlu doğal qaynaqlar, binalar və tarixi tikililər yerləşir.

Bu tarixi tikililərin çoxu hələ torpaq altından qazılıb üzə çıxarılmayıb və Şeyx Səfiəddin Ərdəbili Məcmuəsi Ərdəbil şəhərinin bir növ elemanı və tarixi simgəsi sayılır.

Mədəni və tarixi əsələr üzrə fəallar bir neçə gün öncə bildirdillər ki, bu məcmuənin çevrəsi sahəsində tikintilər olunur və bir neçə bina tikilib, başqaları da tikilməkdədir. çox mərtəbəli binalar məcmuənin gözəlliyini örtüb və gözdən salır. Ona görə də bəllidir ki, bu bina tikintiləri şəhrdarinin icazəsi və Ərdəbilin Fərhəngi Miras Təşkilatı məsullarının yaşıl işğı ilə olunur və davam edərsə bu əsərlər toplusu UNESCO-nun dünya mirası listindən çıxarılması ehtimalı var.

Mədəni və fərəngi fəalların müxtəlif ictimai şəbəkələr səhifələrində Şeyx Səfiəddin Ərdəbili Məcmuəsindən paylaşdıqları görüntülərə əsasən məcmuənin durumu çox təssüf doğurucudur.

Related Articles

Bir cavab yazın

Back to top button