Azərbaycanİran

Güneyli fəal Əhməd Ronəqi həbs edilib

Güneyli fəal Əhməd Ronəqi həbs edilib. Bu barədə onun oğlu Həsən Ronəqi məlumat yayıb

Şərqi Azərbaycan əyalətinin Məlikan şəhərindən olan Əhməd Ronəqi təhlükəsizlik məmurları tərəfindən həbs edilib.

Onun oğlunun verdiyi məlumata görə, təhlükəsizlik məmurları evlərinə basqın edərək atasını qanaddalıblar.

Qeyd edək ki, Əhməd Ronəqinin oğlu media fəalı Hüseyn Ronəqi də bir neçə gün bundan öncə Qoşaçay (Miyandab) şəhərində həbs edilmiş, iki gün sonra müvəqqəti sərbəst buraxılmışdı.

Hüseyn Ronəqinin Tehran prokurorluğuna getməsi istənildiyi üçün o, bu gün sentyabrın 24-də prokurorluğa getdiyi zaman məmurlar tərəfindən ağır şəkildə döyülərək xəsarətlər alıb.

Ronəqinin döyülməsi dinc aksiyalar zamanı həbs olunanların yaxınlarının prokurorluq qarşısında aksiya keçirdikləri ilə eyni vaxta təsadüf edib.

Aksiyaçılar azərbaycanlı fəalın döyüldüyünə etiraz etikdləri üçün məmurlarla onlar arasında qarşıdurma yaranıb.

Qeyd edək ki, Əhməd Ronəqi və onun oğulları Həsən və Hüseyn Ronəqi ictimai fəaliyyətlərinə görə bundan öncədə təqiblərə məruz qalıb və həbs ediliblər.

Related Articles

Bir cavab yazın

Back to top button