Dünya

HƏMAS-ın ən böyük yeraltı tuneli aşkar edilib

Qəzza yaxınlığında HƏMAS-ın yeraltı gizli tuneli aşkar edilib.

“Aznewstv” xəbər verir ki, bu barədə İsrailin“The Times of Israel” nəşri məlumat yayıb.

Məlumata görə, tunel təxminən 4 km uzunluğunda və yerin 50 metr dərinliyində yerləşir.

Nəşr həmçinin bildirib ki, sözügedən tunel avtomobillərin rahat hərəkətə edə bilməsi üçün kifayət qədər genişdir. Bu barədə HƏMAS liderlərindən birinin tuneldən avtomobil ilə keçməsini əks etdirən videda da paylaşılıb.

Qeyd olunur ki, tunel İsrail ilə sərhəddən təxminən 400 metr aralıda bitir. Tuneldə bir neçə yol qovşağı, həmçinin su, elektrik və kommunikasiya xətləri var. Hərbçilərin dediyinə görə, tunelin bəzi hissələrində İsrail əsgərlərinin içəri girməsinin qarşısını almaq üçün partlayıcıar yerləşdirilib. Tunel ərazisində HƏMAS-a məxsus çoxlu sayda silah-sursatın ələ keçirildiyi bildirilib.(AzPolitika.info)

Related Articles

Bir cavab yazın

Back to top button