Azərbaycan

Güneyli fəal Təbrizdə ETTELAAT məmurları tərəfindən döyülüb

Məlumatlara görə, Güney azərbaycanlı idmançı və mədəni fəal, Təbriz şəhərində “boksçu Kərim” kimi tanınan Kərim İsmayılzadə Təbriz şəhər ETTELAAT İdarəsində döyülərək işgəncələrə məruz qalıb.

Məlumatlara görə, Güney azərbaycanlı idmançı və mədəni fəal, Təbriz şəhərində “boksçu Kərim” kimi tanınan Kərim İsmayılzadə Təbriz şəhər ETTELAAT İdarəsində döyülərək işgəncələrə məruz qalıb.

“Aznews tv” xəbər verir ki, o, dekabrın 12-də Təbrizdə Urmu gölünün ekoloji fəlakətinə səlahiyyətli qurumların diqqət yetirməməsinə etiraz etdiyi üçün saxlanılıb və üç günlük müvəqqəti həbsdən sonra zaminə buraxılıb.

O, həbsdə olarkən vəhşicəsinə döyülüb, belə ki, boyun nahiyəsinə elektrik dəyənəyi ilə vurulması nəticəsində o, saxlandığı ilk gün xəstəxanaya aparılıb və bədəninin müəyyən yerləri hələ də hissiyatsızdır.

Güneyli fəal azadlığa çıxandan sonra bir neçə dəfə həkimə müraciət etsə də, hələ sağalmayıb və çox güman ki, yaxın günlərdə xəstəxanaya yerləşdiriləcək.

Related Articles

Bir cavab yazın

Back to top button