İran

İranda imam-cümə vəzifəsindən imtina edən sünni din xadimi tutuldu

"Aznews tv" xəbər verir ki, Gərgicin vəzifəsinə son verildikdən sonra onun yerinə Nemətullah Məşuf gətirilib.

Xəbər verdiyimiz kimi, bir müddət öncə Məhəmmədhüseyn Gərgic İranın dini rəhbəri Xameneinin Gülüstan vilayətindəki nümayəndəsi tərəfindən Azadşəhrin sünni imam-cüməsi vəzifəsindən azad edilib.

“Aznews tv”  xəbər verir ki, Gərgicin vəzifəsinə son verildikdən sonra onun yerinə Nemətullah Məşuf gətirilib.

Nemətullah Məşufun isə Azadşəhrin yeni sünni imam cüməsi vəzifəsini rədd etməsindən sonra onun SEPAH tərəfindən saxlanıldığı məlum olub.

Xatırladaq ki, onun tutulması birbaşa Xameneinin əmri ilə onun Gülüstan vilayətindəki nümayəndəsi Kazım Nurmofidi tərəfindən Azadşəhrin yeni sünni imam-cüməsi vəzifəsinə təyin edilməsi, lakin onun bu vəzifəni qəbul etməyərək yaydığı videosunda “bu vəzifə təkcə Məhəmmədhüseyn Gərgicə yaraşır” deməsindən sonra baş verib.

Əldə olunan məlumata görə, SEPAH-ın ETTELAAT qüvvələri heç bir məhkəmə qərarı olmadan Mövləvi Məşufu öz yaşadığı evində həbs edib, ailəsini isə bu barədə mediaya açıqlama verməməsi üçün təhdid ediblər.

Related Articles

Bir cavab yazın

Back to top button