Azərbaycan

Güneyli hüquq müdafiəçisinə Rusiyanın hücumunu pislədiyinə görə əlavə cinayət işi açılıb

Bu barədə Nərgiz Məhəmmədinin Fransada mühacirətdə olan həyat yoldaşı məlumat verib.

İnsan Haqlarının Müdafiəsi Birliyinin həbsdə olan sədr müavini Nərgiz Məhəmmədinin Fransada yaşayan həyat yoldaşı Tağı Rəhmani “Radio Fərda”-a müsahibəsində həbsdə olan xanım Məhəmmədi barəsində Rusiyanın Ukraynaya hərbi hücumunu pisləyən bəyanat yaydığı üçün yeni iş açıldığını deyib.

“Yeni cinayət işində Nərgiz xalqı üsyana dəvət etməkdə günahlandırılıb. Görünür ağaların fikrincə Rusiyanın Ukraynaya qarşı təcavüzünə qarşı çıxmaq cinayətdir”-deyə, Rəhmani bildirib.

O, həyat yoldaşının 30 ay həbs, 70 zərbə şallaq cəzasına məhkum edilməsindən sonra bir daha ona qarşı əlavə olaraq 6 il həbs və 75 şallaq cəzasının verildiyini deyib və onun cinayət işinin birləşdirməməsini qanunsuz adlandırıb.

“İran hökuməti Nərgizi girov götürüb, dəfələrlə müraciətinə baxmayaraq onun uşaqları ilə telefon danışığına belə icazə verilmir”-deyə, Tağı Rəhmani həyat yoldaşına qarşı basqıların günü-gündən çoxaldığını qeyd edib.

Əslən Güney Azərbaycanın Zəncan şəhərindən olan Nərgiz Məhəmmədi hal-hazırda Tehranın Evin zindanında saxlanılır və 10 il 8 ay həbs, 154 şallaq cəzasına məhkum edilib.

Related Articles

Bir cavab yazın

Back to top button