Azərbaycanİran

Güneyli ictimai fəal sərbəst buraxılıb

Həbs müddəti bitən azərbaycanlı ictimai fəal Yaşar Təbrizi yanvarın 25-i Kərəc şəhərinin Rəcaişəhr zindanından sərbəst buraxılıb.

Qeyd edək ki, mayın 1-i, günorta saat 03.00 radələrində təhlükəsizlik məmurları Tehran əyalətinin Şəhriyar şəhərinin Şahidşəhr bölgəsində yaşayan Yaşar Təbrizinin şəxsi mənzilinə hücum edərək onu qandallayıblar.

Məmurlar ona məxsus şəxsi əşyaları, o cümlədən mobil telefonu və bilgisayarı müsadirə ediblər.

Mədəni fəal fevralın 17-də tanınmış yazıçı və kinorejissor Bəktaş Abtinin 40 mərasiminə qatıldığı üçün təhlükəsizlik məmurları tərəfindən həbs edilmişdi.

Yaşar Təbrizi bundan öncə yanvar ayının 8-də Ukrayna təyyarəsinin SEPAH tərəfindən vurularaq düşdüyü yerdə hadisə qurbanlarının xatirəsinə həsr etdiyi videonu sosial mediada yaydığı üçün təhlükəsizlik xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.

Yaşar Təbrizi dinc mədəni fəaliyyətlərinə görə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən çağırılıb, saxlanılıb və işgəncələrə məruz qalıb.

Related Articles

Bir cavab yazın

Back to top button