İran

Güneyli milli fəalı nağd pul cəzasına məhkum etdi

Güney Azərbaycanda əl-Əhvaz etirazlarına dəstək mitinqlərində tutulan azərbaycanlı milli fəal Nadir Sadiqian Təbriz keyfəri Məhkəməsinin 111-ci şöbəsi tərəfindən nağd pul cəriməyə məhkum edilib.

İran məhkəməsinin hökmünə görə, Sadeqian dövlət büdcəsinə 60 milyon rial məbləğində cərimə ödəməlidir.

Nadir Sadeqian “ictimai şəbəkələrdə irtibat sistemləri üzərindən insanları zorakılığa təhrik və dəvət etmək”də ittiham olunur.

Bildirək ki, Nadir Sadeqian bu ilin mordad ayının 3-də İran rejimi tərəfindən həbs edilərək Təbrizdə İTTELAAT İdarəsinin həbsində olub.

Azərbaycanlı fəal mordadın 23-də vəsiqə qarşılığında məhkəməyə qədər zaminə buraxılıb.

Related Articles

Bir cavab yazın

Back to top button