İran

GÜRCÜSTAN İRANA NƏ ÜÇÜN QADAĞA QOYDU?

İran Gömrük Komitəsinin sözçüsü İrandan Gürcüstana dəmir yolu ilə tranzit yüklərin ölkəyə girişinin dayandırıldığını açıqlayıb.
Bu barədə Seyid Ruhullah Lətifi, “bilinməyən səbəblərə görə ötən gün axşam saatlarından Gürcüstan məqamları tərəfindən İrandan bu ölkəyə dəmiryolu ilə daşınan malların tranziti dayandırılıb”, – deyə məlumat verib.
“Yük vaqonları İranın Astara mərzindən Azərbaycana, oradan da Gürcüstana gedirdi, ancaq dünən axşam Azərbaycan məqamları Gürcüstana yüklənən vaqonları qəbul etməkdən imtina ediblər”, – deyə əlavə edib.
Lətifinin sözlərinə görə, bu addımın səbəbləri rəsmi olaraq açıqlanmasa da, bəziləri Bakı ilə Tiflis arasında malların daşınması qaydası və yerləşdirilməsi ilə bağlı məsuliyyət daşınması ətrafında fikir ayrılıqlarının belə bir təsmimin tutulmasına səbəb olduğunu bildiriblər.
“İran Gömrük Komitəsi ümid edir ki, məsələ qısa müddətdə öz həllini tapacaq, bunun səbəbləri barədə də rəsmi yazışmalar aparılacaq”, – deyə bildirib.

Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close