Azərbaycanİran

Həbsdə olan azərbaycanlı həkimin durumu ağırlaşıb

Kərəc şəhərinin həbsxanasında saxlanılan güney azərbaycanlı həkim Həmid Qarahəsənlinin sağlıq durumunun ağırlaşdığı bildirilir.

İnsan haqları təşkilatları onun həbsxanadan qıraqda müalicə olunmasına vacib ehtiyac olmasına baxmayaraq, tibbi yardım göstərilməsi üçün girov qarşılığında tibbi məzuniyyətə buraxılmasına icazə verilmədiyini deyirlər.

Qeyd edək ki, güney azərbaycanlı Həmid Qarahəsənli işgəncə edilib və ondan alınan məcburi etiraflar əsasında ölümə, həyat yoldaşı Fərzanə Qarahəsənli isə 25 il həbs cəzasına məhkum ediliblər.

Ali Məhkəmə Həmid Qarahəsənluya qarşı çıxarılan ölüm hökmünü “prosesdə qüsurlar” olduğuna görə pozub və onun işini yenidən baxılması üçün həmin şöbəyə göndərib.

Xatırladaq ki, Həmid Qarahəsənlidən də işgəncə altında məcburi etiraf alınıb və onun vəziyyəti ağırlaşdığı üçün xəstəxanaya köçürülüb.

İran təhlükəsizlik məmurları noyabrın 4-də Kərəc şəhərində 53 yaşlı azərbaycanlı rentgenoloq Həmid Qarahəsənlinin Kərəc şəhərində yerləşən evinə hücum edərək o və həyat yoldaşı 46 yaşlı laboratoriya elmləri üzrə mütəxəssis Fərzanə Qarahəsənlini həbs ediblər.

Onlar etiraz aksiyasında hökumət məmurları tərəfindən güllələnərək öldürülən azərbaycanlı şairə Hədis Nəcəfinin 40 mərasimində iştirak etdikdən bir gün sonra yarım hərbi Bəsic üzvünün öldürülməsindəki saxta ittihamla saxlanılıblar.

Related Articles

Bir cavab yazın

Back to top button