Azərbaycan

Həbsdə olan güneyli milli fəal barədə məlumat verilmir

O, iyulun 9-da təhlükəsizlik məmurları tərəfindən saxlanılıb.

Şərqi Azərbaycan əyalətinin Vərziğan bölgəsindən olan və iyulun 9-da həbs edilən milli-mədəni fəal Behnam Zareinin durumu barədə ailəsinə məlumat verilmir.

Fəalın yaxınlarının verdiyi məlumata görə, saxlanılan gün 10 saniyəlik qısa telefon əlaqəsindən sonra Behnam Zarei barədə heç bir məlumat əldə etmək mümkün olmayıb.

Məlumatda fəalın ata və anasının övladları barədə xəbər tutmaq üçün məhkəməyə müraciətləri zamanı kobudluqla qarşılaşıb və onlar zorla məhkəmə binasından çıxarılıblar.

Behnam Zareinin həbs səbəbi barədə açıqlama verilməsə də, onun “Vərziğansəsi” sosial media şəbəkəsi vasitəsilə bölgənin problemləri, ətraf mühitin məhv edilməsi barədə paylaşımlarının həbs edilməsində rol oynadığı ehtimal edilir.

Behnam Zarei iyulun 9-u, Vərziğanın Köhnəli kəndində yerləşən şəxsi evində təhlükəsizlik məmurları tərəfindən saxlanılıb.

Məlumatda milli fəalın mobil telefon, bilgisayar və başqa şəxsi əşyalarının məmurlar tətəfindən müsadirə edildiyi, onun özünün Əhər şəhərinə aparıldığı qeyd olunub.

Qeyd edək ki, Behnam Zarei kənd təsərrüfatı elmləri üzrə bakalavrlar və siyasi elmlər üzrə aspirantdır.

Related Articles

Bir cavab yazın

Back to top button