İran

Həmədanda qanunsuz ov edən 5 şəxs saxlanılıb

Həmədanda qanunsuz ov edən 5 şəxs saxlanılıb. Həmədan Vilayətinin Yaşam Çevrəsini Qoruma İdarəsindən verilən məlumata görə, saxlanılanlar sarı alacəhrə quşlarını ovlamaqda təqsirləndirilirlər. Belə ki, vilayətin nəzarət alayı Həmədan şəhərinin çevrəsində tor və başqa ov ləvazimatları tapıb. Aparılan axtarış tədbirləri zamanı 5 nəfərin qanunsuz ovla məşğul olduğu müəyyənləşdirilib. Həmin şəxslərin üzərindən maddi sübut kimi 3 tor və 5 tələ götürülüb. Məsələ ilə bağlı 14 məhkəmə pərvəndəsi açılıb, araşdırmalar davam edir.

Related Articles

Bir cavab yazın

Back to top button