İran

Vərziqanda yoxsulluq yüksək həddə çatıb

Vərziqanın ictimai, iqtisadi, fərhəngi, o cümlədən mədən sənayesi ilə bağlı bir sıra üstünlüklərinin olmasına rəğmən, vilayət Şərqi Azərbaycanın yoxsul bölgələrindən hesab edilir. Bunun başlıca səbəbi Süngün mis yatağından əldə olunan gəlirlərin İran rejimi, özəlliklə hakim dairələr tərəfindən mənimsənilməsidir. Mütəxəssislərin fikrincə, bölgədə yoxsulluq səviyyəsinin sürətlə artması mədən sənayesindən əldə olunan gəlirlərin vilayətin rifahına xərclənməməsidir. Problemin həlli üçün ən uyğun yol Vərziqan Vilayətində İxtisaslaşmış Mis Sənayesi Şəhərciyinin salınmasıdır. Bundan başqa, özəl bəxşin gəlişməsi məqsədilə strateji bərnamələrin hazırlanmasıda olduqca vacibdir.
Vilayətdə hökm sürən mövcud vəziyyətlə ilgili Vərziqan Vilayətinin İslami Şura Məclisində nümayəndəsi Allahverdi Dehqani açıqlama verib. Onun sözlərinə görə, Süngündə illik 300 min ton mis konsantrəsi satışa çıxarılır. Mədən satışının yüzdə 1-nin məbləği, təxminən 180-200 milyard tümənə bərabərdir. Ölkənin 6-cı Gəlişdirmə Qanununun istəklərinə görə, əldə olunan məbləğ bölgənin gəlişməsinə xərclənməlidir. Habelə yataqların çevrəni bulandırma əvarizinin yüzdə 1-i vilayətin özünə qaytarılmalıdır. Bu göstərici Süngün mis yataqları üzrə təqribən 200 milyard tümənə bərabərdir. Məlumata görə, sözügedən qanunun 14-cü maddəsində bildirilib ki, yataqlar üzrə dövlət haqlarının yüzdə 15-i şəhristanın rifahına hesablanmalıdır. Süngün mis yatağı üzrə dövlət haqqının 500 milyard tümən olduğunu nəzərə alsaq, vilayətə düşən pay 75 milyard tümən təşkil edir. Məclis nümayəndəsi əyalətlərdə mədən sənayenin gücləndirilməsi ilə bağlı rəsmi sənədin hazırlanmasının vacibliyinə də toxunub. Bununla da mənimsənilmiş məbləğin qanunun istəklərinə uyğun şəkildə vilayətə qaytarılması icbari hesab edilir.
Qeyd edək ki, mədən sənayesi ilə bağlı problemlərlə ilgili olaraq yerli sakinlərin əksər hissəsi başqa əlayətlərə köçmək məcburiyyətində qalıb. İşsizliyin sürətlə yayılması, iqtisadi çətinlik gənclər arasında da işə qəbulla bağlı bir sıra problemlərə gətirib çıxarıb.

Related Articles

Bir cavab yazın

Back to top button